Ermənistanın müdafiə naziri istefa verib

17:02 - 20 İyul 2021 - DÜNYA

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan istefa verib.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.

V. Arutyunyan artıq nazirlikdə vida görüşü də keçirib.

Qeyd edək ki, V. Arutyunyan 1999-2000-ci illərdə nazir postunu tutub. Sonra siyasi fəaliyyətlə məşğul olub. 2002-ci ildə o zamankı prezident Robert Köçəryan tərəfindən vəzifəsindən alınıb ​​və general-leytenant rütbəsindən məhrum edilib. 2019-cu ildə prezident Armen Sarkisyanın fərmanı ilə yenidən rütbəsinə qaytarılıb. O, ötən ilin avqust ayında Ermənistanın baş naziri Nikol Paşinyanın baş məsləhətçisi təyin olunub. Həmin il noyabr ayının sonundan isə müdafiə naziri postunu tuturdu.///Apa

 

Xəbər xətti