Ana səhifə Mobil versiya
18 Sentyabr 2021

“Wi-Fi” şəbəkəsinə mane ola biləcək 6 SƏBƏB

Əgər qapalı şəraitdə, məsələn, evdə kabelsiz internet xidmətindən - "Wi-Fi"-dan istifadə edirsinizsə və müəyyən maneələr internetdən keyfiyyətlə istifadə etməyinizə imkan vermirsə, bunun ən az 6 səbəbi var.

Ucnoqta.az xəbər verir ki, ekspertlərin hesablamalarına görə, "Wi-Fi" şəbəkəsində internetin sürətinin ortalama olaraq 30 faizi itkiyə gedir. İndi bu itkiyə səbəb olan 6 amili birlikdə nəzərdən keçirək:

1. Qonşularınızın istifadə etdiyi "Wi-Fi" şəbəkələri sizin şəbəkənizə mane ola bilər. Bunun səbəbi ondan ibarətdir ki, bu gün istifadə olunan "Wi-Fi"-ların əksəriyyəti 2,4 GHz kanalında çalışır. Bu kanal üç zolaqdan ibarətdir və zolaqların bir-birinə mane olması mümkündür. Mütəxəssislər daha geniş zolaqlı kanallardan istifadə etməyi məsləhət görürlər.

2. Evinizdəki elektron məişət əşyaları da "Wi-Fi"-a mane ola bilir. Məsələn, mikrodalğalı sobaların və ya kabelsiz telefonların bir çoxu da 2,4 GHz kanalında çalışır ki, bu da yeri gələndə "Wi-Fi"-a əngəl törədə bilir.

3. "Wi-Fi"-a mane ola bilən üçüncü amil blutus (bluetooth) cihazları ilə bağlıdır. Xüsusilə də köhnə blutus cihazlarının çalışdığı sistem "Wi-Fi"-ya mane olur.

4. İnsan bədəninin 45-75 faizi mayedən ibarət olduğu üçün bu amil də "Wi-Fi"-ın maneəsiz çalışmasına əngəl törədə bilir. Çünki su və nəmişlik "Wi-Fi" şəbəkəsinə təsir edir.

5. Rotorların (şəbəkələrarası əlaqəni təmin edən cihaz) təhlükəsizlik səviyyəsi. Keyfiyyətsiz rotorlar şəbəkələrarası əlaqəni yüksək səviyyədə təmin etməyə bilər.

6. "Wi-Fi" xidməti göstərən şirkətlərin müasir xidmət göstərməsi də önəmlidir. Qarşıya çıxa biləcək hər hansı problemi əvvəlcədən önləmək bir çox hallarda mümkün olur.///olke.az

Tarix
18 İyul 2021 [09:45]
Müəllif
Üç nöqtə
2021-07-18 09:45:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin