Portuqaliyada 200-dən çox aviareys ləğv edildi

09:09 - 18 İyul 2021 - DÜNYA

Portuqaliyada hava limanları işçilərinin tətili son sutkada 200-dən çox uçuşun ləğvinə səbəb oldu.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, təkcə Lissabonda ən azı 166 uçuşun ləğv edildiyi bildirilir.

Həmkarlar ittifaqları Porto, Faru, Funşal və Porto-Santo hava limanlarında işçiləri tətilə çağırıblar.

Xəbər xətti