ABŞ-da atışma nəticəsində azı 8 nəfər yaralanıb

21:20 - 17 İyul 2021 - DÜNYA

Bu gün ABŞ-ın Oreqon ştatının Portland şəhərində silahlı insident baş verib.

APA yerli polisin rəsmi saytında yerləşdirdiyi məlumata istinadən xəbər verir ki, atışma nəticəsində azı 8 nəfər yaralanıb.

Hadisəni törədən şəxs polis gələnə qədər ərazidən qaçıb. Hazırda həmin ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, araşdırma aparılır.

 

Xəbər xətti