Avropa Şurasının prezidenti Azərbaycana gələcək

15:42 - 16 İyul 2021 - SİYASƏT

Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək. “Report” qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Mişel iyulun 16-da İrəvana yola düşəcək. O, iyulun 17-də İrəvanda, iyulun 18-də isə Bakıda ölkənin rəhbərləri ilə görüşlər keçirəcək. Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq. İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.

Xəbər xətti