BƏƏ-yə uçan təyyarə Bolqarıstanda təcili eniş edib

00:30 - 16 İyul 2021 - DÜNYA

Moldovadan Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarə Bolqarıstanın Burqas şəhər hava limanında təcili eniş edib.

Trend-in məlumatına görə, yerli vaxtla 17:30-da (GMT+4) baş verən enişə səbəb mühərriklərin birinində nasazlığın yaranması göstərilir.

Təyyarənin göyərtəsində ekipaj üzvlərindən başqa 131 sərnişin olub. Xəsarət alan yoxdur.

Hazırda sərnişinlər mehmanxanada yerləşdiriblər.

Xəbər xətti