Türkiyədə bu gün koronavirusdan 48 nəfər ölüb

00:09 - 16 İyul 2021 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 48 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 232 min 257 nəfər test edilib, onların 7 min 304-nün koronavirus testi pozitiv nəticə verib, 5 min 103 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 61 milyon 125 min 726 peyvənd tətbiq edildiyi qeyd olunub.

Xəbər xətti