Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ötən həftə baş tutan geniş iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə də baxılıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Ucnoqta.az-a açıqlamasında bildirib ki, İttifaqın İdarə heyətinin yekdil qərarına görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatları Larueatı, Prezident təqaüdçüsü Rafael Əli oğlu Qənbərov Milli Kino Mükafatına (Mükafatı-2000 manat) layiq görülüb.
Mükafat 2 avqust Milli Kino Günündə təqdim ediləcək.
Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.