Avstraliyada süni zəka və robotlar tərəfindən idarə olunan ferma yaradılır. Layihənin dəyəri 20 milyon dollar təşkil edir. Tamamilə avtomatlaşdırılmış ferma adi işçiləri süni zəka və robotlar ilə əvəz edəcək. Gələcəkdə isə fermerlər ümumiyyətlə əkin sahələrində çalışmalı olmayacaqlar. “Hands-free Farm” adlı bu layihə Avstraliyada yerləşən Çarlz Stört adına Universitetin tədqiqatçıları ilə Food Agility adlı kooperativ tədqiqat mərkəzi tərəfindən yaradılır. Layihə yekununda 1900 hektar əraziyə sahib ferma robototexnika və snüi zəka texnologiyalarının kənd təsərrüfatı sahəsindəki imkanlarını sərgiləyəcək.
Fermada təqdim olunacaq texnologiyalar arasında pilotsuz uçuş aparatları, robotlaşdırılmış traktorlar və kombaynlar, CO2 ifrazını təyin edən sensorlar və s. olacaqlar. Əkin sahələrində robotların çalışacaqları bu fermanın praktiki testlərinə yaxn zamanda start veriləcək. Tam avtomatlaşdırma sisteminə keçid edəcək ferma faktiki olaraq artıq kommersiya əsasında fəaliyyət göstərir. Sözügedən fermada buğda, raps və arpa becərilir. Bundan əlavə olaraq fermada üzüm bağları, buynuzlu mal-qara və qoyunlar mövcuddurlar. İlk test çərçivəsində fermerlərin gecələr yatdıqları zaman fermanın fəaliyyətinin davam etdirilməsinə diqqət ayrılacaq. /technote