Azərbaycan qeyri-neft sənaye məhsullarının ixracı 40%-dən çox artıb - Nazir

19:01 - 9 İyul 2021 - İQTİSADİYYAT

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 mln. dolları ötüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
O əlavə edib ki, bu dövrdə qeyri-neft sənaye məhsullarının ixracında 40,1%-lik artıma nail olunub.

"Ümumilikdə, birinci yarımillikdə ixracın artımı 14,8% təşkil edib. İxracın artımı maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir", - nazir əlavə edib.

 

Xəbər xətti