Azərbaycanda bu şəxslər media orqanı təsis edə bilməyəcək
17:43 - 7 İyul 2021 - MEDİA
Azərbaycanda xarici ölkə vətəndaşları media orqanı təsis edə bilməyəcək, xarici şirkətlər üçün isə müəyyən məhdudiyyət müəyyənləşir.
APA-nın məlumatına görə, bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb.
Layihəyə əsasən, media orqanlarının təsisçisi fiziki şəxs olduqda, Azərbaycan vətəndaşı olmalıdır.
Təsisçi hüquqi şəxs olduqda isə həmin hüquqi şəxsin səhmlərinin 75 faizinin Azərbaycan vətəndaşına, yaxud Azərbaycan vətəndaşlarına məxsus hüquqi şəxsə məxsus olması tələb kimi qoyulur.
Xarici ölkə vətəndaşı və şirkətləri bu halda yalnız 25 faiz səhmə malik ola biləcək.
Qeyd edək ki, 25 faizlik hədd gələcəkdə həmin media orqanının inkişafına xarici sərmayə cəlb edilməsi üçün nəzərdə tutulur.