Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və Beynəlxalq ForAzerbaijan Təşkilatının dəstəyi ilə şəhid ailələrinin övladları üçün “Qaliblər Düşərgəsi” layihəsi çərçivəsində Bakı Uşaq və Gənclər Teatrı düşərgədə şou proqram təşkil edib.
Ucnoqta.az xəbər verir ki, teatrın aktyorları Niyaz İlyasoğlu və Mehman Piriyevin aparıcılığı ilə keçən tədbirdə sehrbaz Tofiq əmi maraqlı illuziya, Zeynəb Kəngərli, Əfruz Əliyeva, Ədalət Ağaverdizadənin ifasında musiqi, Könül Şahbazova, Natiq Fərzəliyev,Gülər Ləzgiyeva,Türkan Şahmarlı, Nərminə Məhərrəmova, Sənan Fərzəliyev, Toğrul İsabəyli, Rəhimə Abdinova və Emin Balayevin ifasında isə tamaşalardan kiçik parçalar, rəqslər nümayiş olunub.
Uşaqlarla müxtəlif interaktiv oyunlar keçirilib və qaliblərə hədiyyələr təqdim olunub. “Biz -Qaliblərik” devizi altında keçən tədbir uşaqlar tərəfindən maraqla qarşılanıb.