Bu gün günortadan sonrakı hərraclarda neftin qiyməti 2-3 faiz həcmində qalxıb.
Bakı vaxtı ilə saat 16.18-ə olan vəziyyətə görə “Brent” markalı neftin avqust fyüçersləri 2,48 faiz bahalaşaraq 71,04 ABŞ dollarından, “WTI” markalı neftin iyul fyüçersləri isə 3,29 faiz bahalaşaraq 68,5 dollardan satılıb.
Qeyd edək ki, “Brent” markalı neft bu il martın 8-dən bu yana ilk dəfədir 71 dollar səddini keçib.///report