103 il əvvəl Azərbaycan Polisi yaranmışdır. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 2 iyul Azərbaycan Polisi Günü elan olunub. Polis asayişin və təhlükəsizliyimizin keşiyindədir. Ötən qısa müddətə nəzərə salsaq Azərbaycan Polisi son dərəcədə əhəmiyyətli missiyaların öhdəsindən gəlib. Qlobal pandemiya və müharibə dövründə polisin xidmətlərini xüsusi vurğulaya bilərik. Eyni zamanda onlar təhlükəsizliyin təmin olunması ilə yanaşı ön cəbhədə də fəal olub. Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də Daxili İşlər Orqanlarının əməkdaşları arasında şəhidlərimiz olub. Azərbaycan polisinin təhlükəsizliyimiz və suverenliyimizin qorunmasında müstəsna xidmətləri var.
Ucnoqta.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov 2 iyul – Azərbaycan Polisi Günü ilə bağlı fikir bildirərkən deyib.
Ş. İsmayılov qeyd edib ki, danılmaz faktdır ki, həm polis orqanlarına ünvanlanan yazılı məktublar, həm də 102 xidmətinə edilən vətəndaş müraciətləri zamanı hər bir müraciət operativ şəkildə araşdırılır və adekvat tədbir görülürür.
“Xüsusən vurğulamaq istəyirəm ki, son zamanlarda polisin sosial şəbəkələr üzərində insanlar arasında cinayətkarlığı, narkomaniyanı və ciddi neqativ halları təbliğ edənlərə qarşı həyata keçirdiyi tədbirlər təqdirəlayiq haldır. Bununla da təhlükəsiz və sağlam cəmiyyət qurulmasına böyük töhfələr verilir” – deyə deputat əlavə edib.
Sonda Şahin İsmayılov əlavə edib ki, “Azərbaycan Polisini peşə bayramı münasibətilə təbrik edir, xalq və dövlətimiz üçün gördüyü işlərdə uğurlar diləyirəm”.