Dünyanın ən iri superyaxtasında evlərin satışı başlayıb - ŞOK QİYMƏT

22:58 - 28 İyun 2021 - MARAQLI

Dünyanın yeni, ən iri superyaxtası Somnio göyərtəsindəki lüks mənzillərin satışına başladığını elan edib.

Ucnoqta.az xəbər verir ki, 220 metr uzunluğunda nəhəng yaxtanın investorları 39 lüks mənzili maraqlı səyahətə çıxmaq və eləcə də tam komfortdan istifadə etmək istəyənlər üçün təklif etdiklərini bildiriblər. Mənzillərin satışı 9,5 milyon avrodan (11,3 milyon dollardan) başlayır.

2024-cü ildə tam hazır olacaq Somnio hazırkı ən iri yaxta rekordunun sahibi, Abu-Dabi şeyxlərinin ailəsinə məxsus Azzam-dan 40 metr uzun olacaq. Layihənin rəhbəri Amerikalı milyoner Karl le Souef-dir. Yaxtanın 10 min şüşəlik şərab zirzəmisi və çimərlik klubu, eləcə də dəniz ekologiyasını araşdırmaq üçün müasir cihazları və alim heyəti olacaq.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bütün səyahət gəmilərinin fəaliyyəti 2020-ci ilin martından qadağan olunmuş, onlar yalnız bu yaxınlarda yenidən üzməyə başlamışlar. Dünyanın ən iri səyahət gəmilərini inşa edən Carnival şirkəti ötən həftə bu ilin birinci rübündə 2 milyard dollar zərər etdiyini açıqlayıb.///marja.az

Xəbər xətti