ABŞ İrana qarşı mindən çox sanksiyanı ləğv edir

00:56 - 24 İyun 2021 - DÜNYA

Vyanada tərəflər İrana qarşı mindən artıq iqtisadi sanksiyanın ləğvi barədə razılığa gəliblər.

Fins.az xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.
“Sığorta, bankçılıq, neft və nəqliyyat sahələrində bütün sanksiyalar razılaşdırılıb. Razılığa əsasən, Tramp administrasiyası dövründə tətbiq olunan təxminən 1040 sanksiya ləğv ediləcək”, - Vaezi bildirib.

Xəbər xətti