İranda ötən sutkada COVID-19-dan 116 nəfər ölüb

17:50 - 22 İyun 2021 - DÜNYA

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 116 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 83 217 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 716 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 117 336 nəfərə çatıb.

Xəbər xətti