Koronavirusun Hindistan ştammı 92 ölkədə yayılıb - ÜST

09:16 - 22 İyun 2021 - DÜNYA

“İlk dəfə Hindistanda aşkarlanan Delta koronavirus ştammı bu günə qədər 92 ölkədə qeydə alınıb”.

Bunu ÜST mütəxəssisi Maria van Kerxove brifinqdə söyləyib.

Xüsusi narahatlığını ifadə edən ÜST rəsmisi Hindistan ştammının daha sürətlə yayıldığını bildirib: “Bəzi peyvəndlər Delta variantına qarşı daha az təsirli olur, lakin hər halda ağır xəstəliklərin və ölümün qarşısını alır”.

Kerxovenin sözlərinə görə, gələcəkdə koronavirusun digər mutasiyaları istisna edilmir ki, bu da peyvəndlərin effektivliyini azalda bilər.///Apa

 

Xəbər xətti