Neftin qiyməti 75 dolları keçdi
08:16 - 22 İyun 2021 - İQTİSADİYYAT
"Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 07:00 üçun (Bakı vaxtı) 0,27 faiz bahalaşaraq 75,10 dollar/barel təşkil edib.
Trend-in Oilprice portalına istinadən verdiyi məlumata görə, saat 06:50 üçun (Bakı vaxtı) "Brent" markalı neftin qiyməti 75,14 dollar/barel olub.
"WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə 2,95 faiz bahalaşaraq 73,75 dollar/barel təşkil edib.