Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılıb

10:40 - 21 İyun 2021 - Xəbər

İyunun 21-dən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, müsahibələrdə müvafiq keçid balı toplamış 1552 namizəd iştirak hüququ qazanıb.

İlkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək.

Qeyd edək ki, müsahibə keçiriləcək hər günün sonunda Təhsil Nazirliyinin saytında həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub olmadıqları barədə məlumatla tanış olmaq imkanı əldə edəcəklər.

 

Xəbər xətti