Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşdü

09:36 - 21 İyun 2021 - Xəbər

Avropa çempionatının A qrupunda Bakı Olimpiya Stadionunda təşkil edilmiş İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Ucnoqta.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə AVRO-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb.

FIFA-nın prezidenti təşkilati işlərlə bağlı məmnunluğunu bildirib.

 

Xəbər xətti