Çayı qənd, bal və limonla içmək olmaz - Zərərləri

Adət etdiyimiz kimi, çayı limon və qəndlə içmək əslində heç də faydalı deyil. Orqanizm bu ərzaqları birlikdə qəbul edə bilmir.

Ucnoqta.az xəbər verir ki, qaynar çay balın və limonun faydalı xassələrini öldürür.

Araşdırmalar nəticəsində məlum olub ki, çayı şəkərsiz içən xalqlar onkoloji xəstəliklərdən daha az əziyyət çəkir. Bəzi həkimlər əlavə edirlər ki, bu fakt yalnız qara çaya aiddir.

Şəkər yaşıl çayın müsbət xüsusiyyətlərinə heç bir təsir göstərmir, əksinə onu daha faydalı edir.

Çayda olan kaxetin sərbəst radikalları neytrallaşdıran təbii antioksidant sayılır. Bu komponent tərəvəz və meyvələrə nisbətən yaşıl çayda qat-qat daha yüksək miqdardadır. O, şəkərli diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara faydalıdır.

Amma eksperimentlərdə sübut olunub ki, çaya süd əlavə etdikdə kaxetinin sehrli xüsusiyyətləri yox olur. Hərçənd, bəzi həkimlər güman edirlər ki, bu məsələ haqqında dəqiq fikir irəli sürmək hələ tezdir.

Təmiz bal şəkərdən xeyli faydalıdır. Amma çayını balla qarışdıranlar böyük risk edir. Çünki bal faydalı xassələrini 40 ° C temperaturda itirir, 60 ° C halda isə həzm orqanlarının neoplazmalarına səbəb ola bilən kanserogenlərlə əvəz olunur.

Limon əsl vitamin anbarıdır. O, həm də yüksək temperaturun təsiri altında öz faydalı xassələrini , xüsusən tərkibindəki C vitaminini itirir . Bu səbəbdən də yaxşı olardı ki, limon dilimini çay soyuyanda əlavə edəsiniz. ///medicina.az

Tarix
21 İyun 2021 [08:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-21 08:36:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin