Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıb

20:39 - 20 İyun 2021 - İDMAN

Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.

Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət Azərbaycan millisi aktivinə 3 medal yazdırıb.

Oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. 60 kq çəki dərəcəsində mübarizə aparan Zahir Ağazadə bürünc medal qazanıb.

Beynəlxalq yarışda Avropanın 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Xəbər xətti