AVRO-2020: Türkiyə - İsveçrə oyunun açılış mərasimi olub

19:49 - 20 İyun 2021 - İDMAN

AVRO-2020-nin qrup mərhələsinin III turunda Türkiyə yığması İsveçrə ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək qrupun son matçı öncəsi açılış mərasimi baş tutub.
Tədbirdə arenada keçirilən əvvəlki iki matçda olduğu kimi, Bakını əks etdirən və üzərində Avropa çempionatının kuboku olan böyük plakat meydanın mərkəzində açılıb, həmçinin Türkiyə və İsveçrə yığmasının forması dalğalanıb.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Xəbər xətti