Zaqatalada taxıl sahəsi yanıb

19:35 - 20 İyun 2021 - HADİSƏ

Zaqatalada taxıl sahəsində yanğın olub.

Rayonun Aşağı Çardaqlar kənd inzibati ərazisində, kənd sakinlərinə məxsus taxıl sahələrində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın zamanı 9 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb. Yanğının genişlənərək bitişik biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Fakt bağlı araşdırma aparılır.///apa

Xəbər xətti