Tozlu havanın neçə gün davam edəcəyi açıqlanıb

18:38 - 20 İyun 2021 - Xəbər

Havada toz dumanı davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.
Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

Xəbər xətti