Rusiya hərbçiləri ABŞ hərbi karvanını geri qaytardı - Video

17:53 - 20 İyun 2021 - DÜNYA

Suriyada Rusiya hərbçiləri ABŞ hərbi karvanını magistraldan geri qaytarıb

Ucnoqta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, insident Suriyanın şimal-şərqindəki Hasseke vilayətində qeydə alınıb. Belə ki, münaqişəsiz zona protokollarını pozmağa cəhd edən ABŞ hərbi karvanı geri qaytarılıb.
“ABŞ hərbçiləri Rusiya tərəfinə əvvəlcədən xəbərdarlıq etmədən hərəkət edib və münaqişə vəziyyətlərini gözləmək üçün mövcud mexanizmləri pozub. Rusiya hərbçiləri də ABŞ hərbi karvanının hərəkətini məhdudlaşdırırb və nəticədə amerikalılar geri qayıtmağa məcbur olublar”, - məlumatda bildirilir.

Xəbər xətti