Türkiyəyə daha 5 milyon doza peyvənd gətirildi

09:48 - 20 İyun 2021 - DÜNYA

Çinin "Sinovac" firmasının istehsal etdiyi "CoronaVac" peyvəndinin növbəti partiyası Türkiyəyə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çindən yola salınan 5 milyon doza peyvənd ötən gün Türkiyəyə çatdırılıb. Bununla da son 10 gündə toplam 8 milyon doza "CoronaVac" peyvəndi türkiyəyə gətirilmiş oldu.

Xatırladaq ki, bu günə kimi Türkiyədə 5 milyondan çox insan koronavirusa yoluxub. 49 071 nəfər pandemiyanın qurbanı olub.

Xəbər xətti