Bakının iki rayonunda suyun verilməsində məhdudiyyətlər yaranıb

14:37 - 19 İyun 2021 - Xəbər

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
 

Bu barədə məlumatı "Azərsu" ASC yayıb.

"Bakı Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb olunub və qəzanın aradan qaldırılmasına başlanılıb", - məlumatda deyilir.

Xəbər xətti