Antonio Quterreş yenidən BMT-nin Baş katibi təyin olunub

18:16 - 18 İyun 2021 - DÜNYA

BMT Baş Assembleyasının bu gün keçirilən iclasında Antonio Quterreş ikinci müddətə BMT-nin Baş katibi təyin olunub.

Bu barədə BMT Baş Assambelyasının 75-ci sessiyasının sədri Volkan Bozkır iclasda bəyan edib.

V. Bozkır bildirib ki, A. Quterreş BMT Baş Assembleyası tərəfindən 1 yanvar 2022-ci ildən 31 dekabr 2026-cı il tarixinə qədər ikinci müddətə BMT-nin Baş katibi təyin olunur.

Qeyd edək ki, A. Quterreş BMT Baş katibi postuna yeganə namizəd olub. Onun namizədliyi təşkilatın Təhlükəsizlik Şurası tərəfindən də dəstəklənmişdi.

BMT-nin Baş katibi beş ildən bir seçilir.///Apa

 

Xəbər xətti