Oğuzda avtomobil aşıb, xəsarət alan var - Foto

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 12:15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonundan keçən hissəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Şəki sakini Muradov İlqar Oktay oğlu “Opel Astra” markalı, 55 BN 253 dövlət qeydiyyat nişanlı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən, avtomobilin idarəetməsini itirib.

Avtomobil yolun kənarına çıxaraq aşıb. Nəticədə onun sərnişini, 1988-ci il təvəllüdlü Şəki sakini Tanrıverdiyev Anar Telman oğlu xəsarət alıb. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Tarix
18 İyun 2021 [16:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-18 16:00:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin