Nazilə Səfərli Xoşqədəm Hidayətqızının şikayəti ilə saxlanılıb

15:24 - 18 İyun 2021 - Xəbər

Şairə Nazilə Səfərli ilə tanınmış jurnalist Xoşqədəm Hidayətqızı arasında davam edən qalmaqala son qoyulduğu bildirilir.

Ucnoqta.az xəbər verir ki, X.Hidayətqızının şikayəti əsasında Nizami rayon Polis İdarəsi tərəfindən axtarışda olan N.Səfərli bu gün saxlanılıb.

N.Səfərli məhkəmə qərarına uyğun olaraq 500 manat məbləğində cərimə olunduğu və bununla da onun üzərindən axtarış tədbirlərinin götürüldüyü söylənilir.

Xəbər xətti