Dolları küçəyə səpən idmançımız millidən qovuldu - VİDEO

14:30 - 18 İyun 2021 - Xəbər

Rio Olimpiadasının cüdo üzrə gümüş mükafatçısı Elmar Qasımov yığmadan kənarlaşdırılıb.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, idmançı həm son yarışlarda uğursuzluğa, həm də nizam-intizami pozduğuna görə millidən uzaqlaşdırılıb.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında ilk görüşdəcə uduzan idmançı bu səbəbdən millinin Şahdağdakı təlim-məşq toplanışına aparılmayıb.

Həmçinin idmançı “Instagram”da paylaşdığı videoları ilə də son günlər gündəmdə idi. Onun bir gün əvvəl eyvandan dollar əskinaslarını havaya atması və buna dair çəkdiyi videonu “Pulu haramçılıqla qazananda” başlığı ilə paylaşması son hədd olub. Üstəlik, idmançı dünən paylaşdığı videoda iyunun 15-i tarixini əks etdirən gündə qırmızı balıq kürüsü ilə dolu qutunu açdığını nümayiş etdirib. Artıq bu idmançının millidə olmayacağını indidən demək olar.

Məsələ ilə bağlı idmançı ilə əlaqə saxlasaq da, o, zənglərimizə cavab vermədi.
Qeyd edək ki, 30 yaşlı Elmar Qasımov Olimpiadadan başqa, dünya, Avropa çempionatlarının, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının mükafatçısıdır. Budəfəki Olimpiadada 100 kq çəki dərəcəsində Azərbaycanı osetin əsilli Zelim Kotsoyev təmsil edəcək.

Xəbər xətti