Rusiyada koronavirusa yoluxma halları kəskin artıb

13:16 - 18 İyun 2021 - DÜNYA

Rusiyada son sutka ərzində 17 262 nəfər koronavirusa yoluxub.

Bu, fevralın 1-dən sonra qeydə alınan ən yüksək göstərici olub.
Ölkədə bu günədək korornavirusa yoluxanların sayı 5,3 milyon nəfərə yaxınlaşıb.

Eyni zamanda ötən gün Rusiyada 453 nəfər koronavirusdan ölüb ki, bu da martın 18-dən sonra ən yüksək rəqəm olub. Ölkədə koronavirusdan ölənlərin sayı 128 mini ötüb.///trend

Xəbər xətti