Bakıda baş verən yanğın söndürülüb - FOTO/VİDEO (Yenilənib)

00:02 - 18 İyun 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

 


23:43

 

Bu gün gecə saatlarında paytaxt Bakının Dağüstü park ərazisində yanğın hadisəsi baş verib. 

Ucnoqta.az xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğın söndürən avtomobillər cəlb olunub.
Sosial şəbəkədə yanğın hadisəsindən yayılan görüntüləri təqdim edirik:

 


Xəbər xətti