Mahir Emreli debüt matçının ilk hissəsində het-trik etdi

22:17 - 17 İyun 2021 - İDMAN

Millimizin hücumçusu Mahir Emreli Polşanın "Legiya" klubunda debüt matçına çıxıb.

Ucnoqta.az offsideplus.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard "Bisşofşofen" komandası ilə yoldaşlıq oyununun 6-cı dəqiqəsində adını tabloya yazdırıb.

Bununla da yetinməyən Emreli 22 və 36-cı dəqiqələrdə yenidən səhnəyə çıxıb. Hazırda qarşılaşmanın birinci hissəsi oynanılır və hesab 3:0 hesabı ilə "Legiya"nın xeyrinədir.

Xəbər xətti