Karantin rejimi yenə yumşaldılır - AÇIQLAMA

Son günlərdə ölkəmizdə koronavirusla bağlı tendensiya müsbətə doğru dəyişməkdədir. Ötən günün statistikası olduqca ürəkaçan və ümidvericidir - 27 nəfər yoluxan, 162 nəfər isə sağalan olub. Göründüyü kimi, sağalanların sayı yoluxanların sayını dəfələrlə ötür ki, bu da karantin rejimində yeni yumşaldılmaların olacağına ümid verir.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib. Deputat bildirib ki, virusun qarşısının alınması ilə bağlı dövlətimiz tərəfindən görülən tədbirlər öz müsbət nəticələrini verir:

"Məlumdur ki, artıq bir sıra sahələrdə yumşaldılmalar həyata keçirilib, pandemiya şərtləri daxilində metronun, idman zallarının, "mall”ların fəaliyyətinə, insanların məscidlərdə namaz qılmasına icazə verilib. Bu yumşaldılmalardan sonra da virusla bağlı müsbət tendensiyanın davam etməsi yeni açılmaların olacağına zəmin yaradır.

Məlumdur ki, hazırda insanların ən çox gözlədiyi xəbər toyların keçirilməsinə icazə verilməsi ilə bağlıdır. Hesab edirəm ki, hazırkı müsbət tendensiya davam edərsə, yaxın zamanlarda toyların da keçirilməsinə icazə verilə bilər. Əlbəttə ki, bu icazə də pandemiya şərtləri daxilində veriləcək”.

A.Həsənova vurğulayıb ki, son zamanlar vaksinasiya prosesində də aktivləşmə var: "Vaksinasiya tətbiq edildiyi ilk zamanlarda müxtəlf şayiələr insanları vaksinasiya prosesindən çəkindirirdi, lakin sonradan bu şayiələrin əsassız olduğu məlum oldu. Eyni zamanda ölkəmizə müxtəlif növdə vaksinlər gətirildi və insanların vaksin seçimi etməsinə imkan yaradıldı ki, bu da öz növbəsində vaksinasiya prosesinə müsbət təsir göstərdi.

Bu, dövlətimizin vətəndaşların sağlamlığına nə qədər önəm verdiyini göstərir. Düşünürəm ki, insanlar vaksinasiya prosesində daha aktiv iştirak etsə və qaydalara ciddi əməl etsə, qısa zaman ərzində əvvəlki həyatımıza dönə bilərik”.

Tarix
17 İyun 2021 [15:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-17 15:24:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin