CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 16-da 76,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,47 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel çoxdur.