Dollar sürətlə bahalaşır
07:39 - 17 İyun 2021 - İQTİSADİYYAT
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlaması dünya bazarında ABŞ dollarının möhkəmlənməsinə gətirib çıxarıb.
“Report” xəbər verir ki, bu məlumatın açıqlanmasından sonra dollar dünyanın digər valyutaları ilə müqayisədə möhkəmlənməyə başlayıb.
Belə ki, avronun ABŞ dollarına qarşı məzənnəsi 1,2124 USD/EUR səviyyəsindən 1,2043 USD/EUR-a kimi geriləyib. Dollar Yaponiya yeninə qarşı möhkəmlənib və 110,07 yenə çatıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti isə 1,02 % azalıb və 1837,6 ABŞ dolları olub.