İtkin düşən erməni hərbçilərinin yeni siyahısı Açıqlanıb

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İkinci Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərinin yeni siyahısını yayıb. Sənəd Hərbi qulluqçuların Sığorta Fondu tərəfindən baş nazirin müavini Mqer Qriqoryan və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana aprelin 6-da göndərilib. Sənədə əsasən, itkin düşənlərin sayı Nikol Paşinyanın aprelin 14-də parlamentdə çıxışında dediyi kimi 321 nəfər yox, bundan 3 dəfə çox, 1064 nəfərdir. Bundan başqa itkin düşənlərin ailələrinə 500 milyon dram (təxminən 970 min dollar) kompensasiya da ödənilib. “Qoy heç olmasa insan kimi çıxıb desinlər ki, itkin düşənlərin dəqiq sayını müəyyənləşdirə bilməyiblər”, - Sərkisyan deyib.
Tarix
17 İyun 2021 [01:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-17 01:34:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin