Bakıda 69 yaşlı qadını avtomobil vurub

23:39 - 16 İyun 2021 - HADİSƏ

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib. 1952-ci il təvəllüdlü Mahmudova Nigar Mehdi qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti