Qubada narkotik bitki becərən ata və oğul tutulub - FOTO

13:51 - 16 İyun 2021 - HADİSƏ

Qubada narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, rayon sakini Mirqasım Babayev və oğlu Kənan Babayev saxlanılıblar. Onların birgə yaşadığı evin həyətinə, istixanasına və taxıl sahəsinə baxış zamanı ümumi çəkisi 47 kiloqrama yaxın olan 110 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkiləri aşkar edilib. Mirqasım Babayev ifadəsində oğlu Kənanla birgə həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək becərdiyini bildirib. Bundan başqa saxlanılan şəxslərin yaşadıqları fərdi yaşayış evinin zirzəmisindən 16 qram narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.


Xəbər xətti