İstirahət mərkəzlərinə gedərkən COVID pasportu tələb oluna bilərmi? - AÇIQLAMA

12:57 - 16 İyun 2021 - Cəmiyyət

Azərbaycanda istirahət mərkəzlərində fəaliyyət göstərən hovuzlarda virusun və ya xəstəliyin kütləvi yayılması geniş müzakirə olunan məsələlərdəndir.

Bəzi şəxslər hovuzlara getməkdə ehtiyatlanır və virusa yoluxmaqdan qorxurlar.

Məsələnin sosial şəbəkədə geniş müzakirə olunmasını nəzərə alaraq iddialara ekspert cavabı almaq qərarına gəldik. Tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə açıqlaması zamanı insanları ehtiyatlı olmağa çağırıb:

"Azərbaycanda karantin hələ bitməyib. Biz hələ bilmirik ki, dördüncü dalğa olacaq, yoxsa yox. İnsanlar bu şeylərin fərqində deyillər. Bəzi məsələlər var ki, təəssüflər olsun ki, hələ öz həllini tapmayıb. Bütün günü restoranlar işləyir, orada insanlar maskasız saatlarla əyləşirlər. Yoluxma potensialı həmişə var".

Amma ölkədə dördüncü dalğa başlayarsa, epidemioloji vəziyyət pisləşərsə, karantin yenidən sərtləşə bilər. İnsanlar bunu nəzərə almalıdırlar. Vəziyyət stabilləşməkdə davam edərsə, sosial həyatın ayrı-ayrı sahələrində yumşaldılma ola bilər. Hətta kütləvi tədbirlərin keçirilməsinə də icazə verilə bilər.

O ki qaldı insanların hovuzlardan istifadə etməsinə bunu deyə bilərəm ki, hovuzlarda yoluxdurma göstəricisi restoranlardan çox deyil. Virus əsasən hava damcı yolu ilə yoluxur. Amma hovuzlarda xlorlu su olur. Virus xlorlu suya düşən kimi deformasiyaya uğrayır və yoluxdurma qabiliyyəti aşağı düşür.

İstirahət mərkəzlərinə daxil olarkən insanlardan COVID pasportu tələb olunmasına ehtiyac yoxdur. Yaxşı olardı ki, istirahət mərkəzlərinə gələn insanların temperaturu yoxlanılsın və xəstəlik əlamətlərinin olub-olmamasına diqqət yetirilsin".///baku.ws

Xəbər xətti