Bakıda "Mercedes" dəmir arakəsmələrə belə çırpıldı - ANBAAN VİDEO

23:49 - 15 İyun 2021 - HADİSƏ

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.  

Hadisə aeroport yolunda baş verib. "Mercedes" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirərək yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb. Hadisə nəticəsində avtomobilin ön hissəsi sıradan çıxıb.

Arxa oturacaqda olan sərnişinlər dərhal maşından düşüblər. Ətrafdakı insanların köməyi ilə sürücü və digər sərnişin maşından çıxarılıb. Hadisə nəticəsində sürücü və sərnişinlərdən biri xəsarət alıb.

Görüntüləri təqdim edirik:

Xəbər xətti