Ərdoğan Merkellə görüşdü

15:55 - 14 İyun 2021 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında NATO Zirvəsi çərçivəsində keçirilən görüş sona çatıb.

NATO Baş qərargahında keçirilən qapalı görüş yarım saat davam edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar da görüşdə iştirak ediblər.

Bundan əvvəl Ərdoğan fransız həmkarı Emmanuel Makron və İngiltərənin Baş naziri Boris Conson ilə görüşüb.

Türkiyə Prezidentinin daha sonra ABŞ Prezidenti Co Bayden ilə görüşü gözlənilir.///qafqazinfo

 

Xəbər xətti