G7 zirvəsində QALMAQAL: Makronla Conson mübahisə etdi

G7 zirvəsində Fransa Prezidenti Emmanuel Makronla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında mübahisə yaranıb.

APA Reuters-ə istinadən xəbər verir ki, mübahisəyə səbəb Consonun daha çox bəhs etdiyi “Brexit” məsələsi olub.

Makron Boris Consonun gündəmdə bir çox mövzuların olduğu halda, diqqəti daha çox “Brext” məsələsinə yönəltməsindən narahat olub və ona iradını bildirib.
"Britaniyanın Avropa Birliyindən çıxması üçün özünüz imza atdınız, o zaman nə etdiyinizi bilməliydiniz”, deyə Fransa Prezidenti Boris Consonu qınayıb.

Xatırladaq ki, Böyük Britaniya 1 fevral 2020-ci il tarixdən Avropa Birliyindən çıxıb. Bundan sonra tərəflər arasında ticarət razılaşmaları ilə əlaqəli bəzi problemlər yaranıb.

Tarix
13 İyun 2021 [23:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-13 23:36:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin