Bakıda mənzildə 35 yaşlı kişinin meyiti tapılıb

21:00 - 13 İyun 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Kərim Nicat Xaliq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti