Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın 15 erməni hərbçini minalanmış ərazilərin xəritələri müqabilində Ermənistana təhvil verməsinə münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında bu xəbəri çoxdan gözlənilən və möhtəşəm adlandırıb.
"Tərəflərin bu cür addımlarını alqışlayırıq", - deyə M.Zaxarova yazıb.