Bu gün futbol üzrə Avropa çempionatı start götürür

Bu gün Avro-2020-yə start veriləcək. İlk oyun günündə bir matç keçiriləcək. Turnirin açılış oyununda İtaliya Türkiyə ilə qarşılaşacaq. Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. Sayca 16-cı olacaq Avropa çempionatının oyunlarına 11 şəhər - Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. Qeyd edək ki, Avropa çempionatının son qalibi Portuqaliya millisidir. 11 iyun 23:00. İtaliya - Türkiyə Roma, "Olimpiko" stadionu Baş hakim: Denni Makkelin (Niderland)
Tarix
11 İyun 2021 [08:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-11 08:21:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin