Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

22:33 - 10 İyun 2021 - HADİSƏ

Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şəki şəhərində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Haqverdizadə Şahin Çingiz oğlunu vurub. Yaralı əvvəlcə Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti